Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2021 19:40
Slovakiya hökuməti ötən il oktyabrın 1-dən ölkədə qüvvədə olan fövqəladə vəziyyət rejiminin müddətini uzada bilər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Baş nazir Eduard Heqer ölkənin TA3 xəbərlər kanalına bu barədə məlumat verib. Hökumət rəhbəri fövqəladə vəziyyətin hansı tarixədək uzadılacağına dair hazırda müzakirələr getdiyini də diqqətə çatdırıb. Fövqəladə vəziyyət rejimi sayəsində hökumətin insanların sağlamlıq və həyatının qorunması üçün daha çevik tədbirlər görə bildiyini vurğulayan E.Heqer pandemiyaya qarşı mübarizədə koalisiyalı hökumətin bu istiqamətdə ortaq məxrəcə gələ biləcəyinə ümid ifadə edib.
Hazırda Slovakiyada fövqəladə vəziyyət aprelin 28-dək qüvvədədir. Fövqəladə vəziyyət dövründə dövlət qurumları tibbi heyətin səfərbər edilərək ölkənin müxtəlif regionlarına göndərməsi, əhaliyə ev karantini rejimi tətbiq etmək və digər əlavə səlahiyyətlərə malikdir.
5,5 milyon əhalisi olan Slovakiyada koronavirusa yoluxma halları tədricən azalmaqdadır və aprelin 25-də yeni yoluxanların sayı 1728 nəfər olub.