Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həkim-neonatoloq: Peyvəndlər uşaqları bir çox infeksion xəstəliklərdən qoruyur

Həkim-neonatoloq: Peyvəndlər uşaqları bir çox infeksion xəstəliklərdən qoruyur

Tarix: 26 Aprel 2021 22:27

Azərbaycanda aprelin 26-dan mayın 2-dək "İmmunlaşdırma həftəsi" keçiriləcək.

Milli.Az xəbər verir ki, pediatr-neonatoloq Ülkər Məhərrəmova AZƏRTAC-a bildirib ki, immunlaşma müxtəlif infeksion xəstəliklərdən qorunma üsuludur: "Peyvənd sayəsində orqanizmdə infeksion xəstəliklərə qarşı immunitet yaranır, nəticədə həmin xəstəliklərə yoluxma riski azalır və xəstəliyin yarada biləcəyi ağırlaşmaların qarşısı alınır. İmmunlaşma sayəsində dünyada hər il orta hesabla 2-3 milyon nəfər ölüm təhlükəsindən xilas olur. Peyvənd orqanizmin təbii müdafiə qüvvələrini stimullaşdıraraq, onu xəstəliyə qarşı daha səmərəli mübarizə aparmaq üçün hazırlayır.

Peyvənd, virus və bakteriyaların canlı və ölü növlərindən hazırlanmış bioaktiv vasitədir. Peyvənd sayəsində orqanizmdə immun reaksiya formalaşır və gələcəkdə insan virus və bakteriyaya yoluxsa belə, immun sistemi onlarla mübarizəyə hazır olur. Peyvəndlər istifadəyə verilməmişdən əvvəl klinik sınaqlardan və ciddi təhülkəsizlik testlərdən keçirilir, təhlükəsiz olduğu sübuta yetirildikdən sonra tətbiq edilməyə başlanılır. Peyvəndlər uşaqları bir çox infeksion xəstəliklərdən qoruyur.

Bunlara iflicə səbəb ola biləcək poliomielit, ağır pnevmoniya və hətta korluğa səbəb ola biləcək qızılca, ən çox oğlan uşaqlarında ağır fəsadlar yarada biləcək parotit, son illərdə dünyada ən çox yoluxma halları rast gəlinən hepatit B, ölüm faizi 40-60 faiz olan, sinir sisteminə çox güclü təsir edən tetanus xəstəliklərini, yüngül infeksion xəstəlik hesab edilsə də, ağırlaşması zamanı qalıcı fəsadlar yarada bilən su çiçəyi xəstəliyini və bir çox digər infeksion xəstəlikləri misal göstərmək olar".

Həkim-neonatoloq daha sonra deyib: "Əgər əvvəlki peyvəndlərdə anafilaktik reaksiya baş veribsə, o zaman peyvənd təkrar edilməməlidir və onun vurulması əks-göstəriş sayılır. Peyvənd olunduqdan sonra bəzən 2-3 gün ərzində bədən hərarətinin yüksəlməsi, peyvənd yerində yerli reaksiya müşahidə edilə bilər. Bu zaman həkim nəzarəti ilə qızdırmasalıcı dərmanlardan istifadə etmək olar. Əgər hər hansı bir səbəbdən peyvəndlər arasında interval uzanarsa, həkimin nəzarəti ilə peyvəndlənmə qaldığı yerdən davam etdirilməlidir".

Milli.Az


Etiketlər:  Həkim neonatoloq Peyvəndlər uşaqları bir çox infeksion xəstəliklərdən qoruyur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ