Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oqtay Gülalıyevin səhhətində irəliləyiş var

Oqtay Gülalıyevin səhhətində irəliləyiş var

Tarix: 27 Aprel 2021 13:34

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş var. O, artıq suallara əl hərəkətləri ilə cavab verir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, aylardır xəstəyə qulluq üçün ayrılan tibb bacılarına maaş verilmədiyindən onlar müalicəni dayandırmaq məcburiyyətindədirlər.

"Məsələ ilə bağlı tibb bacılarının dəfələrlə TƏBİB rəhbərliyinə müraciətlərinə müsbət cavab verilmədiyi üçün göstərilən tədavini dayandırmaq məcburiyyətindədirlər. Atama gecə boyu mən və əmim baxmalı olduğumuzdan, əmimin yaşlı olması və sağlamlığı ilə əlaqədar uzun müddət gecələr oyaq qaldığımızdan bəzi çətinliklər yaşanırdı".

T. Gülalıyev bildirib ki, dərmanların alınması ilə də bağlı 5 aydır ki, narahatlıq keçirirlər. O, həmçinin qeyd edib ki, bütün bunlarla yanaşı, atasının durumunda müsbətə doğru dəyişiklik var. O. Gülalıyev artıq suallara, diqqətlə dinlədiyi xəbərlərə hərəkətləri ilə şüurlu şəkildə cavab verir:

"Əlləri ilə bizə işarələr edir, nələrsə söyləməyə çalışır. Ədalətli olmaq naminə qeyd etməliyəm ki, atamın durumunda hazırki inkişafda Heydər Əliyev Fondunun dəstəyi ilə onun 4 dəfə Türkiyədə əməliyyat edilməsinin çox böyük rolu olub. Qəza hadisəsindən sonra atam Türkiyəyə götürülərkən onun ancaq 20% yaşama şansı olacağını, Türkiyədə isə ayılma şansının çox az olduğunu dəfələrlə bildiriblər. Bu gün isə mən tam əminliklə deyə bilərəm ki, göstərilən müalicə sayəsində atam artıq ayılıb. Onun normal həyata geri dönməsi, ayağa qalxması üçün fiziki tədaviyə və dərmanlarını davamlı olaraq qəbul etməsinə ehtiyac var. Hesab edirəmki, aidiyyatı qurumlar o cümlədən TƏBİB atamın müalicəsinin imkan yetdiyi qədər davam etdirilməsi üçün dövlətin ayırdığı resursları əsirgəməməlidirlər".

Qeyd edək ki, Oqtay Gülalıyev 2019-cu ilin oktyabrın 29-da, 90-PZ-543 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobillə vurulub. Vəziyyəti ağırlaşdığından ambulans təyyarəsi ilə Türkiyəyə göndərilib. Aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisinin müalicəsinə Heydər Əliyev Fondu 2019-cu il noyabrın 4-dən etibarən zəruri dəstək göstərir.


Etiketlər:  Oqtay Gülalıyevin səhhətində irəliləyiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ