Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft” korporasiyası “Windows” sistemində kritik səhv olduğunu etiraf edib

“Microsoft” korporasiyası “Windows” sistemində kritik səhv olduğunu etiraf edib

Tarix: 28 Aprel 2021 09:48

“Microsoft” korporasiyası “Windows” sistemində aktual problemləri aradan qaldıran təcili yeniləməsini təqdim edib. Bu haqda “Bleeping Computer” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, korporasiyanın mütəxəssisləri yeniləmələr seriyasının təqdim edilməsindən sonra istifadəçilərin oyunlarla bağlı problemlərinə diqqət yönəldiblər. Şirkət kritik səhvlərin olması faktını etiraf edib və artıq onları aradan qaldıran yeniləmə paketləri çıxarıb. Yeniləmə “Windows Yeniləmə Mərkəzi” vasitəsilə və ya kompüteri yenidən işə salmaqla yüklənilə bilər. "Nəzərə alın ki, yeniləmənin yüklənilməsi 24 saatadək gecikə bilər" – şirkətin məlumatında deyilir.

 

“Microsoft” forumunun ziyarətçiləri, həmçinin qeyd ediblər ki, problemli yeniləməni silməklə nasazlığı aradan qaldırmaq olur. "Mən “Windows 10 1909” versiyasına geri qayıtdım və oyunlarda gecikmə ilə bağlı problem müşahidə etmirəm, hətta “YouTube”un işində gecikmə yoxdur" – istifadəçilərdən biri yazıb.

 

Emil Hüseynov




Etiketlər:  Microsoft korporasiyası Windows sistemində kritik səhv olduğunu etiraf edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ