Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevgilisi Can Yamana milyarderlə xəyanət edib - FOTO

Sevgilisi Can Yamana milyarderlə xəyanət edib - FOTO

Tarix: 29 Aprel 2021 12:40

Türkiyənin məşhur aktyoru Can Yamanın evlilik təklif etdiyi italyan TV ulduzu Diletta Leottanın başqa şəxslə səmimi görüntüləri yayımlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Dilettanın milyarder Ryan Friedkinlə öpüşdüyü anın fotoları ötən gün İtaliya KİV-də dərc edilib.

Tərəflər mövzu barədə mətbuata açıqlama verməyib. Can Yaman isə milyonlarla izləyicisi olan instaqram hesabını deaktiv edib.

Həmçinin, cütlüyün qısa müddət əvvəl xəyanətə görə ayrıldığı da iddia edilib.

Bundan əlavə, Can və Dilettanın reklam xatirinə sevgili olduqları, əslində TV ulduzunun iş adamı ilə eşq yaşadığı vurğulanıb.

Xatırladaq ki, hər iki tanınmış şəxs İtaliyada baş tutan kommersiya layihəsinin çəkiliş prosesində tanış olub.

Can bir neçə ay bundan əvvəl Dilettaya evlilik təklifi etmişdi. Belə ki, "Diletta, mənimlə evlənərsən? Səni sevirəm" ,- yazısı bir neçə saat təyyarə ilə Roma səmasında dalğalanmışdı.

Milli.Az


Etiketlər:  Sevgilisi Yamana milyarderlə xəyanət edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ