Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2021 13:54
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün ilk yarımfinal görüşləri keçiriləcək.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, turnirdə mübarizəni davam etdirən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu mərhələdə ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq. Qrossmeysterimiz 1/4 final mərhələsində Alireza Firuzcanı (FIDE), Nakamura isə Le Kuanq Lyemi (Vyetnam) mübarizədən kənarlaşdırıb. Yarımfinal görüşləri iki gün davam edəcək.
Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov 1/4 finalda Maqnus Karlsenə uduzaraq turnirdə vidalaşıb.
Yarımfinal cütləri
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Hikaru Nakamura (ABŞ)
Maqnus Karlsen (Norveç) - Levon Aronyan (Ermənistan)