Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nyu-York şəhəri karantin rejimindən çıxmağa hazırlaşır

Nyu-York şəhəri karantin rejimindən çıxmağa hazırlaşır

Tarix: 30 Aprel 2021 20:40

Nyu-York meri Bill De Blazio iyulun 1-dən etibarən bir il bundan öncə ABŞ-da koronavirus pandemiyasının episentrinə çevrilmiş şəhərin biznes üçün tam açılacağını elan edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Bill De Blazio bu barədə MSNBC telekanalına müsahibəsində deyib. "Biz mağazaların, biznesin açılmasına hazırıq... Ofislər və teatrlar tam gücü ilə işləyə biləcək", - deyə Nyu-York meri bildirib.

Merin sözlərinə görə, yerli hakimiyyət orqanları şəhərdə normal həyatı pandemiyadan öncəki səviyyəyə qaytara biləcəklərinə əmindirlər: "Bu, Nyu-Yorkda yay mövsümünə düşür. Siz maraqlı tədbirlərə, mədəni həyatın bərpasına şahidlik edəcəksiniz. Düşünürəm ki, insanlar Nyu-Yorka axışacaq, çünki onlar yenidən yaşmaq istəyirlər".

Bill De Blazio koronavirusun yeni ştammlarının peyda olması təhlükəsini real saysa da, əhalinin əksər hissəsinin vaksinasiyadan keçdiyini də qeyd edib. Onun məlumatına görə, 8,3 milyon nəfərlik şəhər əhalisinin 6,3 milyonu artıq vaksinasiya olunub.


Etiketlər:  York şəhəri karantin rejimindən çıxmağa hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ