Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2021 20:46
Gələn həftə Estoniyanın təşəbbüsü ilə 3 Baltikyanı ölkənin xarici işlər nazirləri Estoniya, Latviya və Litva daxilində sərbəst hərəkətin mümkünlüyünə dair müzakirə aparacaqlar.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Estoniyanın yerli mətbuatı yayıb.
"Baltik kürəsi" (Baltikyanı ölkələr daxilində insanların sərbəst hərəkəti) ötənilki formada mövcud olmayacaq. Hərəkəti xeyli asanlaşdırmağa imkan verən fürsətlər olacaq. Tranzit, müxtəlif rəqəmsal sertifikatlar və sair. İstifadə edə biləcəyimiz imkanlar var", - Estoniya Xarici İşlər Nazirliyinin vitse-kansleri Myart Volmer qeyd edib.
"Latviya, Litva və Estoniyada vaksinasiyanın lazımi səviyyədə getdiyinə dair həm inam, həm əminlik olmalıdır. Eyni zamanda, insanların qaydalara əməl etdiklərinə, virusun bizdən uzaqlaşdığına əmin olub-olmamağımıza dair aspektlər olmalıdır. Həddindən artıq çox şərt var", - deyə M.Volmer əlavə edib.
Keçmiş xarici işlər naziri Urmas Reynsalu "Baltik kürəsi"nin yenidən yaradılmasının çox vacib olduğunu hesab edir: "Baltik kürəsi" Latviya və Litva ilə üçüncü ölkələrdən gələn şəxslər barədə razılığa gəldiyimiz halda qüvvəyə minə bilər. Bu halda Estoniya Latviya və Litvadan xeyli fərqlənir, çünki onlar insanlardan sərhəddə test müayinəsindən keçmələrini tələb edirlər. Hesab edirəm ki, etimad üçün ilkin zəminlərdən biri bu kimi şərtlərin Estoniyada tətbiqi ola bilər, amma bu addım hələlik atılmayıb".