Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2021 22:58
Ötən il Litvada 43,547 nəfər dünyasını dəyişib ki, bu da 2019-cu illə müqayisədə təxminən 5266 nəfər çoxdur. Ölüm sayının artım dinamikasına COVID-19 pandemiyasının xüsusi təsiri olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Gigiyena İnstitutu məlumat yayıb.
İnstitutdan verilən məlumata əsasən, ötən il həyatını itirənlərin 22,8 faizi 65 yaşdan kiçik, təxminən yarısı (47 faiz) 65-84 yaşında, üçdəbiri isə (30,2 faiz) 85 yaş və yuxarı yaşda olub.
Bildirilib ki, ölüm halları 5 əsas səbəbə görə (qan dövranı xəstəlikləri, bədxassəli törəmələr, xarici səbəblərin təsiri, COVID-19 və həzm sistemi xəstəlikləri) baş vermiş və ümumi ölüm hallarının 87,6 faizini təşkil edib.