Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan əhalisinin banklardakı əmanətləri 9 milyard manata yaxınlaşır

Azərbaycan əhalisinin banklardakı əmanətləri 9 milyard manata yaxınlaşır

Tarix: 31 Iyul 2019 14:44

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin iyun ayında Azərbaycanda fiziki şəxslərin banklarda olan əmanətləri 8 milyard 633.8 mln. manat təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu ilin iyun ayı üzrə bank sektorunun icmal göstəricilərində bildirilib.

Qeyd edilib ki, cari ilin 6 ayı ərzində fiziki şəxslərin cəmi əmanətləri 4.4% (364.1 mln. manat) artıb. Artım əsasən tələbli depozitlər hesabına baş verib. Belə ki, 6 ay ərzində tələbli depozitlər 18.1% (505.7 mln. manat) artıb.

İyun ayına bank sektorunun aktivlərinin 43.8%-ni kredit portfeli təşkil edib. Cari ilin ilk yarımilliyində kredit portfeli 4.1% (517.7 mln. manat) artaraq, ümumi kredit portfeli ayın sonuna 13 milyard 146.0 mln. manat təşkil edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan əhalisinin banklardakı əmanətləri milyard manata yaxınlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ