Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bazarda satıcılıq edən koronavirus xəstəsi saxlanılıb

Bazarda satıcılıq edən koronavirus xəstəsi saxlanılıb

Tarix: 1 May 2021 18:08

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Elşad Abdullayevə sosial izolyasiya qaydalarına riayət etməsi və yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdarlıq olunub. Buna baxmayaraq o, yaşayış yerini tərk edib və bazar ərazisində icarə əsasında işlətdiyi mağazada satıcılıq edib. E.Abdullayev mağazaya gələn alıcılarla ünsiyyətdə olub və infeksiyanın yayılmasına şərait yaradıb.

Digər vətəndaşların sağlamlığı üçün real təhlükə yaradan E.Abdullayev barəsində Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.


Etiketlər:  Bazarda satıcılıq edən koronavirus xəstəsi saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ