Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran nüvə proqramı ilə əlaqədar sanksiyaların azaldığını bildirib

İran nüvə proqramı ilə əlaqədar sanksiyaların azaldığını bildirib

Tarix: 1 May 2021 22:14

İranın 4+1 ölkələri ilə müzakirələrdəki nümayəndəsi, xarici işlər nazirinin müavini Abbas Əraqçı Avropa ölkələri ilə sanksiyalardan bir sıra şəxslərin və qurumların adlarının çıxardırılması ilə bağlı razılıq əldə olunduğunu bildirb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, A.Əraqçı deyib ki, Avropa ölkələri ilə İranın enerji sektoruna, o cümlədən neft, qaz, avtomobil sənayesi, maliyyə və bank sanksiyaları və limanlara tətbiq olunan sanksiyaların ləğvi ilə bağlı razılıq mövcud idi. Hazırkı danışıqlarda da bu haqda razılıq əldə olunub.

Bundan başqa bəzi şəxslər və qurumların sanksiyalardan adının çıxarılması haqqında da danışıqlar aparılır və bir çox şəxs, habelə qurumların adlarının sanksiyalardan çıxarılması ilə bağlı ilkin razılıq əldə olunub.  Bəzi sahələrdə saziş üçün mətn də yazılıb.

O qeyd edib ki, imzalanacaq saziş İran İslam Respublikasının qətiyyətli mövqeyinə uyğun hazırlanacaq.

Qeyd edək ki, İran və 4+1 ölkələr arasında danışıqlar aprel ayının 2-dən onlayn formatda başlayıb və daha sonra Vyanada ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilir.


Etiketlər:  İran nüvə proqramı ilə əlaqədar sanksiyaların azaldığını bildirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ