Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung Galaxy Book Flex2” noutbuku - YENİLİKLƏR

“Samsung Galaxy Book Flex2” noutbuku - YENİLİKLƏR

Tarix: 4 May 2021 19:48

"Samsung Electronics" şirkəti transformasiya edilən "Galaxy Book Flex2 Alpha" portativ kompüterini təqdim edib. 850 dollardan ilkin sifarişlərin qəbul olunduğu yeni qurğunun faktiki satışlarına mayın 14-dən etibarən başlamaq nəzərdə tutulur.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, noutbuk planşetə çevrilmək üçün 360 dərəcə dönən 13,3 düymlük sensor ekranla təchiz edilib. Ekran 1920 × 1080 piksel (Full HD formatı) təsvir ölçüsünə və 600 kandel/kvadratmetr maksimal parlaqlığa malikdir.

Qurğunun əsasını "Intel Tiger Lake" aparat platforması təşkil edir. Məsələn, eyni anda 8 təlimat axını imkanına malik 4 nüvə ilə təchiz olunan "Core i7-1165G7" prosessoru tətbiq edilib. Takt tezliyi 2,8-4,7 giqahers arasında dəyişir.

Kompüter 16 giqabaytlıq operativ yaddaş və 512 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. Bundan başqa, stereofonik dinamiklər (2 × 1,5 vatt), 720p formatlı veb-kamera, işıqlanan klaviatura və barmaq izi skaneri mövcuddur.

Simsiz şəbəkələrə qoşulmanı "Bluetooth 5.1" və "Wi-Fi 6" (802.11ax 2x2) kontrollerləri təmin edir. Mövcud interfeyslər arasında "HDMI", "USB Type-C", "USB 3.2" çıxışları və kombinə edilmiş audioçıxış sadalanır. Bundan başqa, "microSD" kartı üçün slot nəzərdə tutulub.

Noutbuka "Windows 10 Home" əməliyyat sistemi quraşdırılıb. Enerjini 54 vatt-saat tutumlu akkumulyator batareyası təmin edir.

Milli.Az


Etiketlər:  Samsung Galaxy Book Flex2 noutbuku YENİLİKLƏR


RƏYLƏR