Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 10:30
Saray-Sumqayıt yolunun bir hissəsində "Azərsu" ASC tərəfindən kanalizasiya xəttinin çəkilişi bitdikdən sonra qazılmış hissə torpaqlansa da, asfalt qatı vurulmayıb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, yolun bu vəziyyətdə olması xeyli müddətdir ki, sürücülər üçün bir sıra çətinliklər yaradır. Onların sözlərinə görə avtomobillərin bəzi detalları sıradan çıxır.
Məsələyə münasibət bildirən "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı söz verib ki, qısa vaxt ərzində problem aradan qaldırılacaq.
Yolun asfaltlanmasından sora avtomobillərin rahat hərəkəti təmin ediləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: