Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 17:20
Əməkdar artist Elza Seyidcahanla bacısı Lalə Seyidcahan küsülüdür.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu haqda Lalə "ATV maqazin onlarla" proqramında deyib. O bildirib ki, bacısı ilə aralarına modelyerlər girib:
"Aramızda inciklik var. Biz dörd bacıyıq, hamımız da istedadlıyıq. Onun yanında olan bəzi stilistlər elə bildi ki, Lalənin ayaqqabısını geyinib, onun kimi yeriyəcəklər. Mən də icazə verdim ki, get geyin. Heç vaxt onu başqa müğənniyə dəyişmirdim. Amma indi olacaq. Qısqanıb, qısqanmayacağını Elzanın özündən soruşarsınız".