Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 17:55
Pəhriz saxlamaq Xalq artisti Məleykə Əsədovanın səhhətində problem yaradıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu haqda "ATV maqazin onlarla" proqramında deyib. O bildirib ki, kökəlməmək üçün yeməkdən imtina edibmiş:
"Özümü çox pis hiss etdim. Ürəyimin də təzyiqi aşağı düşmüşdü, 50 idi. Həkimlər müalicələr etdi. Yemək az yeyirdim, kökəlmək istəmirdim. Pəhrizə, idmana meyilliyəm. Çox arıqlamışdım, ayaq üstə dura bilmirdim. Sistemlər, ürəyimə güc verən dərmanlar, iştah artıran vitaminlər içdim. İndi üç-dörd kiloqram kökəlmişəm".