Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiya hökuməti koronavirusa görə fövqəladə vəziyyət rejiminin müddətini uzada bilər

Yaponiya hökuməti koronavirusa görə fövqəladə vəziyyət rejiminin müddətini uzada bilər

Tarix: 5 May 2021 21:00

Yaponiya hökuməti koronavirus pandemiyasına görə Tokio, Osaka, Kioto və Hyoqo prefekturalarında aprelin 25-dən tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddətini uzada bilər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə mayın 5-də "Sankei" qəzeti hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, Baş nazir Yoşihide Suqanın bu barədə qərarı həmin gün mütəxəssislərlə məsləhətləşmələrdən sonra qəbul edəcəyi gözlənilir.

Xatırladaq ki, Yaponiya hökuməti ölkənin bir sıra regionlarında fövqəladə vəziyyət rejimini ilk dəfə yanvarın 7-də tətbiq edib. Bu vəziyyət paytaxt Tokioda və qonşuluqda yerləşən Kanaqava, Saytama və Çiba prefekturalarında martın 22-dək davam edib. Lakin fövqəladə rejimin aradan qaldırılmasından dərhal sonra koronavirusa yeni yoluxma hallarının sayı sürətlə artıb. Bundan sonra koronavirusun yayılmasının qarşısını almaq məqsədilə hökumət bir sıra regionlarda daha iki dəfə fövqəladə vəziyyət rejimi tətbiq edib. Son olaraq Tokio, Osaka, Kioto və Hyoqo prefekturalarında elan edilən fövqəladə rejimin mayın 11-də başa çatması nəzərdə tutulurdu.

Son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların sayı 614 mini ötüb, onlardan 10 min 500-nün həyatını itirdiyi bildirilir.


Etiketlər:  Yaponiya hökuməti koronavirusa görə fövqəladə vəziyyət rejiminin müddətini uzada bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ