Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Litvada işsizlik səviyyəsi Avropa İttifaqı üzrə orta götəricidən yüksəkdir

Litvada işsizlik səviyyəsi Avropa İttifaqı üzrə orta götəricidən yüksəkdir

Tarix: 5 May 2021 22:56

Litvada mart ayında işsizlik səviyyəsi Avropa İttifaqı (Aİ) üzrə orta götəricidən yüksək olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Aİ-nin statistika agentliyi "Eurostat" yayıb.

Bildirilib ki, Litvada il ərzində işsizlik səviyyəsi 1,7 faiz bəndi artıb, ay ərzində isə 0,7 faiz azalaraq martda 8,9 faizə enib.

Aİ-də işsizlik səviyyəsi orta hesabla 7,3 faiz təşkil edib ki, bu da bir il əvvələ nisbətən 0,9 faiz bəndi çox, ötən aya nisbətən isə 0,1 faiz azdır.

Litvada mart ayında işsizlərin sayı 132 min nəfər təşkil edib, onlardan 30 mini 25 yaşınadək olan gənclərdir.

Qeyd edilib ki, Latviyada işsizlik səviyyəsi 8,7, Estoniyada isə 6,8 faiz olub.

Aİ-də işsizlərin sayı ümumilikdə 15,9 milyon nəfər təşkil edir.

Milli.Az


Etiketlər:  Litvada işsizlik səviyyəsi Avropa İttifaqı üzrə orta götəricidən yüksəkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ