Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Seks kölələrini qurbanvermə və vudu ayinlər ilə saxlayan bordel aşkarlanıb - FOTO

Seks kölələrini qurbanvermə və vudu ayinlər ilə saxlayan bordel aşkarlanıb - FOTO

Tarix: 6 May 2021 09:06

ABŞ-ın Las-Veqas şəhərində polislər seks kölələrinin qurbanvermə və vudu ayinləri ilə saxlanıldığı əxlaqsızlıq yuvasına əməliyyat həyata keçiriblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hüquq mühafizəçiləri altı ay ərzində müşahidə aparıb, baş verənləri və məsulları müəyyənləşdirib. Beləliklə, onlar 30 yaşlı Jasmin Russo-Martinesi saxlayıblar.

Bundan sonra polislər müəssisədə yoxlamalara başlayıblar və qanla örtülmüş "vudu məbədi" aşkarlayıblar.

"Mənzilin də, qarajın da divarları da qanla örtülü idi", - deyə hesabatda bildirilib.

Seks kölələri isə Russo-Martinesi cadugərlikdə ittiham edib. Tez-tez qurbanvermə ayini keçirdən Martines qadınları qaçacaqları təqdirdə tilsimləməklə hədələyib. O, həmçinin iddia edib ki, bardeldən qaçan qızlardan biri çox tez bir zamanda ölüb.

Russo Martines isə ifadə verərkən "yalnız Tanrı qarşısına cavab verəcəyini" bildirib. Onun məhkəməsi mayın 6-na təyin edilib.

Milli.Az


Etiketlər:  Seks kölələrini qurbanvermə vudu ayinlər ilə saxlayan bordel aşkarlanıb FOTO


RƏYLƏR