Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2021 22:10
Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, imtahan iştirakçıları arasında bir nəfər - Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu maksimal olan 300 bal toplayıb.
Həmin şagird Ruslan Məsimovdur. R.Məsimov iki il əvvəl 9-cu siniflərin buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.