Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2021 22:21
Qərb həkimləri yüksək dozada D vitamininin orta və ağır KOVID-19 xəstələrinin vəziyyətini yaxşılaşdırmağa qadir olmadığı qənaətinə gəlib. Randomizə edilmiş, plasebo (yan təsiri olmayan, dərmanı imitasiya edən vasitə) nəzarətli sınaqda, iki qrupa bölünmüş 240 koronavirus xəstəsi iştirak edib.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, iştirakçıların bir qrupu, fıstıq yağı içərisində olan 200.000 beynəlxalq vahid dozada D3 vitamini qəbul edib. Nəzarət qrupuna fıstıq yağı görünüşündə plasebo verilib. Bütün xəstələr antibiotiklər və iltihab əleyhinə dərmanlar daxil olmaqla, standart müalicə kursu keçib. Tədqiqatın əsas məqsədi, xəstəxanada qalma müddətini potensial olaraq azalda bilən D vitaminini yoxlamaq olub. Bununla birlikdə, alimlər bunun reanimasiya şöbəsinə müraciət, intubasiya və ya ölüm riski üzərindəki təsirini də qiymətləndirib. Şiddətli KOVID-19 olan xəstələrdə yüksək dozada D vitamini istifadə etmək üçün heç bir əsas olmadığı ortaya çıxıb, ancaq bu, vitaminin daimi qəbulundan heç bir müsbət təsir olmadığı anlamına gəlmir. Mütəxəssislərin fikrincə, yaşlılarda və osteoporoz kimi xroniki xəstələrdə D vitamini səviyyəsi millilitr qan hesabına 30 nanoqramdan çox olmalıdır.