Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2021 10:28
Prokurorluq "Bakılift -2" İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanova verilən bəraət hökmündən protest verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, protest Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatında araşdırılır.
Məhkəmənin ilkin baxış iclası keçirilib, növbəti iclasmayın 18-ə təyin edilib.
Qeyd edək ki, "Bakılift -2" İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanov dövlət büdcəsindən yaşayış binalarında 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan 2 milyona yaxın vəsaiti mənimsəməkdə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən onun barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.