Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnfeksionistdən sevindirici xəbər: İstədiyimiz nəticəyə doğru gedirik

İnfeksionistdən sevindirici xəbər: İstədiyimiz nəticəyə doğru gedirik

Tarix: 7 May 2021 14:22

"Operativ Qərargahın brifinqi əslində gözlədiyimiz kimi oldu".

Bunu Milli.Az-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

O bildirib ki, ölkəmizdə COVİD-ə yoluxanların sayında yenidən sürətli artım olmayacaq:

"Statistikaya baxsaq görərik ki, yoluxma sayı günü-gündən azalır. Buna uyğun olaraq da bayram öncəsi qapanma qərarı verilmədi. Amma bu o demək deyil ki, bütün məhdudiyyətlər tam şəkildə aradan qalxmalıdır. Maskadan istifadə, sosial məsafə kimi qaydalara əməl etmək lazımdır. Xüsusilə ictimai yerlərdə, insanların sıx toplaşdığı yerlərdə, marketlərdə, avtobuslarda bu qaydalara ciddi riayət olunmalıdır ki, daha da növbəti yumşalmalara gedə bilək. 

Deməzdim ölkəmizdə COVİD-ə yoluxanların sayında yenidən sürətli artım olacaq. Yoluxma sayının azalmasında peyvəndin rolu çox böyük oldu. Həm də artıq insanların böyük əksəriyyəti əvvəlki qədər laqeyd olmadılar, hər hansı bir əlamət, simptom müşahidə edilən kimi vaxtında həkimə müraciət etdilər. Buna görə də istədiyimiz nəticəyə doğru gedirik".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  İnfeksionistdən sevindirici xəbər İstədiyimiz nəticəyə doğru gedirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ