Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti: “Qorxu içində yaşayırıq“

Xalq artisti: “Qorxu içində yaşayırıq“

Tarix: 7 May 2021 14:45

Xalq artisti Gülyanaq Məmmədova mərhum Arif Quliyevlə vida mərasiminə qatılıb.

Milli. Az axşam.az-a istinadla xəbər verir ki, müğənni aktyorla bağlı xatirələrini bölüşüb:

"Gözəl insan, hamımıza gülüş bəxş edən aktyorumuz getdi. Qonşu idik, o qədər gözəl qonşu olmuşuq. Evimizin əzizi idi. O, bütün xalqın sevimlisi idi. Biz onun gülüşü ilə böyümüşük.

Dua edirik ki, bu bəla tezliklə bitsin. Koronavirus daha heç kimi aparmasın. İnsan dözmür, qorxu içində yaşayırıq. Koronavirus kimləri aldı bizdən... Hər gün deyirik virus indi kimi aparacaq. Arif Quliyev heç kimin qəlbini qırmayıb. Ondan pislik görən olmayıb".


Etiketlər:  Xalq artisti Qorxu içində yaşayırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ