Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2021 21:08
Almaniya federal hökuməti bu yaxınlarda belə adlandırılan "təcili tormozlama" tədbirləri tətbiq etməyə başlayandan sonra bu ölkədə COVID-19-a yeni yoluxma hallarının sayı kəskin azalıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, son həftədə sutkalıq yoluxma səviyyəsi 19 faiz aşağı düşüb. Əvvəllər heç vaxt bu cür kəskin azalma müşahidə olunmayıb.
Belə ümidverici məlumatlarla əlaqədar Bundestaq tamamilə immunlaşmış və sağalmış insanlar üçün məhdudlaşdırma qaydalarını daha da yumşaltmaq niyyətindədir.
Qeyd edək ki, son yeddi gündə ölkədə qeydiyyata alınmış yeni yoluxma hallarının sayı hər 100.000 sakinə 132,8-dən 129,1-ə düşüb.