Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2021 17:35
"Pəhriz saxlamıram, sağlam qidalanıram. Hər gün soyutma yumurta yeyirəm. Bir gün yeməsəm, elə bil nəsə çatışmır. Qızartma yeyirəmsə, mütləq nehrə yağında olmalıdır. Qızara biləcək yalnız təmiz kərə yağıdır. Səhər 20-30 qram təmiz yağ orqanizm qəbul etməlidir".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "10-da görüşək" proqramında deyib. Müğənni formada qalma sirrlərini xanımlarla bölüşüb.
A.Kazımova son günlər şou-biznesdə yaşanan qalmaqallara da münasibət bildirib:
"Gənc ifaçıların özündən böyük sənətkara qarşı neqativ çıxışı yaxşı deyil. Xarici şou-biznesə baxın. Kimsə çıxıb Puqaçovaya demir ki, get də səhnədən, neçə yaşın var? İstəmərəm bizdə bunlar olsun. Gəlib yenə çıxacam aparıcılara. Kimsə reytinq xatirinə bunları edir. Arxasında sağlam fikirlər durmur. Kimləsə anlaşılmamazlıq yaşanıbsa, telefon, səhnə arxası var. Bunu səhnə arxasında çözmək olar. Bu fikirləri efirdə deyirsən, qarşı tərəf cavab verimir. Bu sənin haqlı, qarşındakının haqsızlığı deyil. İstəmirsənsə oda benzin tökəsən, cavab verməyəcəksən. Sözün varsa, operatora niyə danışırsan?
Kimləsə problemim olanda saxlayıram səhnə arxasına. Görəndə, orada həll edirəm. Deyirəm, nə problem var? Dalaşmırıq, efirdə bir tərəf aslan olur. Həyatda başqa cürdür.
İlhamə Quliyeva rəhmətə gedəndən sonra çıxdılar ki, bu yer mənimdir. O yer hardadı? Deyin bilək. Hər kəsin öz yeri var. İlahəmə xanım bir idi, onun iradları onun təbiəti idi. İndi kimsə onu təkrarlayanda gülməli görünür".