Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Novxanıda keçmiş məhbusun istixanasından 252 ədəd çətənə kolu aşkar edilib (FOTO)

Novxanıda keçmiş məhbusun istixanasından 252 ədəd çətənə kolu aşkar edilib (FOTO)

Tarix: 1 Avqust 2019 14:33

Bakı. Trend:

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində Novxanı qəsəbə sakini əvvəllər məhkum olunmuş Taleh Ağayev saxlanılıb. Onun qəsəbə ərazisindəki həyətyanı sahəsində yerləşən istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 252 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

T.Ağayev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdiridyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam aparılır.


Etiketlər:  Novxanıda keçmiş məhbusun istixanasından 252 ədəd çətənə kolu aşkar edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ