Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2019 14:36
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan səhiyyə sisteminin, xüsusilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi üçün ciddi addımlar atır.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı səhiyyə sistemində dəyişiklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün ölkəyə gəlmiş beynəlxalq missiyanın nəticələrinə dair tədbirdə deyib.
Onun sözlərinə görə, ÜST mütəxəssislərin köməyi ilə bu məsələdə ölkəyə yardım göstərməkdən qürur duyur.
H.Harmancı əlavə edib ki, ÜST-ün Azərbaycandakı nümayəndəliyi səhiyyə sistemində dəyişikliklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək məqsədilə mütəxəssislərdən ibarət missiya ölkəyə səfər edib. Missiya ilkin səhiyyə xidmətlərini müasirləşdirmək və gücləndirmək üçün səy göstərir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin