Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ac qalma hipertoniya xəstəliyi zamanı faydalı ola bilər

Ac qalma hipertoniya xəstəliyi zamanı faydalı ola bilər

Tarix: 11 May 2021 23:33

Qərb alimləri apardıqları tədqiqatın nəticələrinə əsaslanaraq, əldə etdikləri kəşflərin yemək vərdişlərini tənzimləməyə əsaslanan hipertoniya ilə mübarizə aparan yeni metodların inkişafına kömək edəcəyini bildirib.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, qərb ölkələrində yetkin əhalinin təqribən yarısı hipertoniyadan əziyyət çəkir. Daimi yüksək qan təzyiqi infarkt və insult riskini artırır. Son zamanlarda aparılan araşdırmalar, qan təzyiqinin artmasının disbakteriozla və ya bağırsaq bakteriyalarının həyati funksiyalarının pozulması ilə əlaqəli ola biləcəyini göstərir. Alimlərin apardlığı əvvəlki araşdırmalar, ac qalmanın bağırsaq mikrobiotasını və ürək sağlamlığına müsbət təsir etdiyini göstərmişdir. Hələlik bağırsaq bakteriyalarının qan təzyiqi ilə əlaqəsinin mövcudluğu aydın olmamışdır. "Bu nəticələr ac qalma səbəbindən mikrobiotadakı dəyişikliklərin qan təzyiqinin azalmasına vasitəçi olmaq üçün yetərli olduğunu göstərdi", - deyə mütəxəssis bildirib. Müəlliflər, bağırsaq mikrobiotasının tərkibini dəyişdirən fasiləli orucun hipertoniya ilə mübarizə üçün təsirli yol ola biləcəyi qənaətinə gəlib.


Etiketlər:  qalma hipertoniya xəstəliyi zamanı faydalı bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ