Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2021 14:46
"Fənərbaxça"nın futbolçusu Məsut Özil Fələstinə dəstək olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi və digər komanda yoldaşları Superliqanın 41-ci turunda "Sivasspor"la matçdan (1:2) əvvəl məşqə xüsusi geyim ilə çıxıblar.
Futbolçuların köynəyinin üzərində "Özgür Fələstin (Azad Fələstin)" sözləri yazılıb. Həmçinin geyimin üzərində Fələstin və Türkiyə bayraqları da yer alıb.
Qeyd edək ki, bir neçə gündür ki, Fələstin və İsrail arasında qarşıdurma gedir. Bunun nəticəsində çox sayda insan həyatını itirib və yaralanıb.