Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Van Deyk AÇ-2020-də oynamaqdan imtina etdi

Van Deyk AÇ-2020-də oynamaqdan imtina etdi

Tarix: 12 May 2021 22:34

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Niderland yığması turnirin qrup mərhələsində Ukrayna, Şimali Makedoniya və Avstriya ilə qarşılaşacaq.

Futbol üzrə Niderland milli komandasının və İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Vircil van Deyk AÇ-2020-ni buraxacaq.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu barədə niderlandlı müdafiəçi "Liverpul" klubunun mətbuat xidmətinə açıqlamasında deyib.

O, zədədən sonrakı bərpa müddətinin son mərhələsində olduğunu bildirib. Deyk, bərpa müddətini tamamlamaq üçün AÇ-2020-də oynamaqdan imtina edib.
 
AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Niderland yığması turnirin qrup mərhələsində Ukrayna, Şimali Makedoniya və Avstriya ilə qarşılaşacaq.
 
AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Milli.Az


Etiketlər:  Van Deyk 2020 oynamaqdan imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ