Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2021 23:22
Türkiyə Super Liqasının 41-ci turunun "Beşiktaş" - "Fatih Karagümrük" matçından sonra gərginlik yaşanıb.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, qarşılaşmadan sonra "Beşiktaş"ın futbolçusu Raşid Gezzalın meneceri Hakan Qorxmazla "Fatih Karagümrük"ün futbolçusu Alessandro Ndao arasında mübahisə yaranıb.
24 yaşlı seneqallı hücumçu menecerdən polisə şikayət edib. Qorxmaz polis tərəfindən bölməyə aparılıb.
"Beşiktaş" - "Fatih Karagümrük" matçı qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.