Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2021 09:54
Corciya, Şimali və Cənubi Karolina, Virciniya ştatlarında yanacaqdoldurma stansiyalarının təxminən yarısı fəaliyyətini dayandırıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə yerli avtomobil sürücüləri bildirib.
Məlumata görə, Vaşinqtonda isə yanacaqdoldurma məntəqələrinin yalnız 10 faizi benzinsiz qalıb.
Alabama, Florida, Kentukki, Merilend, Mississippi, Tennessi və Qərbi Virciniyada da yanacaq qıtlığı müşahidə edilib.
Lakin şimal-şərq ştatlarında oxşar çətinliklər yaşanmayıb. Nyu-Yorkdakı sürücülər yanacaqla bağlı məntəqələrdə problemlə üzləşmədiklərini deyiblər.
Buna baxmayaraq, yanacaqla bağlı şimal-şərq ştatlarında da problemin yaranacağı istisna edilmir.
Çünki yaranmış vəziyyətə səbəb kimi ölkədə neft və neft məhsulları üçün vəsaitin köçürülməsini həyata keçirən qurumların kompüter sisteminə kiberhücumun olması göstərilir. Bununla bağlı tələb olunan məbləği ödənilənə qədər yanacağın məntəqələrə çatdırılmasında müvəqqəti çətinliklər olacaq.
Bildirilib ki, artıq normal fəaliyyətin bərpa olunması prosesi başlayıb. Bu həftənin sonuna kimi çətinliklərin aradan qaldırılması gözlənilir.