Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Türk Hava Yolları” Avropanın ən yaxşı aviasiya şirkətləri siyahısına daxil edilib

“Türk Hava Yolları” Avropanın ən yaxşı aviasiya şirkətləri siyahısına daxil edilib

Tarix: 13 May 2021 11:10

"Türk Hava Yolları" (THY) təhlükəsiz uçuş qaydalarının tətbiqi üzrə Avropanın ən yaxşı aviasiya şirkətləri siyahısına daxil edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə THY-nin baş müdiri Bilal Ekşi sosial media hesabı vasitəsilə bildirib.

Xarici Təyyarə Proqramının Təhlükəsizliyinin Qiymətləndirilməsi İdarəsi (SAFA) tərəfindən keçirilən sorğuda təyyarələrin fiziki vəziyyəti, kabininin və salonun standartlara uyğunluğu, eləcə də uçuş təhlükəsizliyini təmin edən qaydaların tətbiqi nəzərə alınır.

Qeyd edək ki, THY təyyarələri son bir il ərzində 25 ölkə tərəfindən 54 dəfə xarici qurumların təhlükəsizlik yoxlamalarından keçirilib.

Milli.Az


Etiketlər:  Türk Hava Yolları Avropanın ən yaxşı aviasiya şirkətləri siyahısına daxil edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ