Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2021 13:50
Kəpəz rayonunda silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən xəbərə görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisində 1 ədəd nömrəsi silinmiş "AK-74" markalı avtomat silahı, 6 ədəd patron, 1 ədəd "UZRQM" alışdırıcısı və "F-1" qumbarası tapılıb.