Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bağırsaq yırtığı sindromunun əlamətləri

Bağırsaq yırtığı sindromunun əlamətləri

Tarix: 13 May 2021 19:27

Bağırsaq yırtığı sindromu diaqnozunun qoyulması çətindir və sağlamlığa və həyat keyfiyyətinə böyük təsir göstərə bilər. Bağırsaq yırtığı sindromu nazik bağırsağın daxili tərəfinin zədələnməsi, həzm olunmamış qida hissəciklərinin, zəhərli tullantıların və bakteriyaların bağırsağın divarından keçərək qan dövranına düşməsidir. Qan dövranına daxil olan xarici maddələr bağırsaq xəstəlikləri, ekzema, miqren, xroniki yorğunluq, qida allergiyası, revmatik artrit kimi iltihablı və allergik reaksiyalarda özünü göstərə bilər.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, bir çox halda bu diaqnoz pəhriz və həyat tərzindən doğur. Bağırsaq divarlarının zədələnməsinə antibiotiklər, steroidlər və ya reseptsiz satılan ağrıkəsici dərmanlar səbəb ola bilər. Bu sindromun əlamətləri arasında xroniki ishal, qida və vitamin çatışmazlığı, zəif immunitet, baş ağrısı, yorğunluq, dəri səpkiləri, oynaq ağrıları və sair ola bilər. Vəziyyəti soya, şəkər, kofein və alkoqolu aradan qaldırmaqla yaxşılaşıdrmaq olar, bu zaman mütəxəssisə müraciət etmək lazımdır.


Etiketlər:  Bağırsaq yırtığı sindromunun əlamətləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ