Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2021 18:08
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb, çayxananın icarədarı X.Əkbərov və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.