Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2021 19:57
Üst qarın və ya sinədə rahatsızlıq, şişkinlik, qaz, yanma, yemək yeyərkən erkən doyma hissi və mədə bulantısı kimi problemlərin müxtəlif səbəbləri ola bilər.
Sonxeber.net mədə yanmasını azaldan üsulları təqdim edir:
Karbonat (Soda)
Karbonat mədə yanması üçün yaxşı çözümdür.
1 çay qaşığı karbonatı 1 stəkan suya əlavə edin. Tamamilə həll olunana qədər qarışdırın.
Qarışımı gündə 2 və ya 3 dəfə istifadə edin.
Probiyotiklər
Probiyotiklər bağırsaq və həzm sağlığına müsbət təsir edən "yaxşı" bakteriyalardır. Qatıq, müəyyən süd növləri, kefir, kələm turşusu, acı şokolad kimi qidaları yeməklə probiyotiklərinizi artıra bilərsiniz.
Turşu suyu
Turşu suyu sirkə ilə zəngindir, mədədə asid yaranmasının qarşısını almaq üçün alma sirkəsi ilə oxşarlıq təşkil edir. Turşu suyu çox yaxşı probiyotik qaynağıdır. Mədənizdə yaranan yanma hissini azaltmaq üçün turşu suyundan yararlana bilərsiniz. Yeməyinizi yedikdən sonra bir neçə yudum və ya 1-2 çay qaşığı turşu suyu içmək mədə yanması problemi ilə mübarizə aparmağınıza kömək edəcəkdir. /medicina.az