Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2021 18:30
Alla Puqaçova və Maksim Qalkin Rusiya şou-biznesinin ən güclü cütlüklərindən biridir. Yumorist üçün həyat yoldaşı onun uzun müddət əsas məsləhətçisi olub.
Sonxeber.net "bizim.media"ya istiandən xəbər verir ki, bu haqda məlumat "starhit.ru" saytında yer alıb.
Mənbə yazır ki, 44 yaşlı Maksim Qalkin nadir hallarda həyat yoldaşı ilə münasibətləri barədə səmimi danışır. Müsahibələrində sənətçi yaradıcılıqdan danışmağa üstünlük verərək şəxsi mövzulardan uzaqlaşmağa çalışır.
Ancaq o, "Birinci Kanal"ın "Bu gecə" proqramının növbəti buraxılışında yenə də Primadonnanın karyerasına verdiyi töhfədən bəhs edib.
Səbəb Aleksandr Serovun iynə kimi sancan fikirləri olub.Musiqiçi Maksimin əvvəllər yaxşı bir yumorist olduğunu söyləyib, ancaq Puqaçova ilə əlaqələr başladıqdan sonra karyerası daha da yüksəlib.
"Alla Borisovna sizə çox şey verib" deyə sənətçi vurğulayıb.
"Razıyam, çox şey verib. Bu günə qədər də mənə çox şey verir" deyə Qalkin razılaşıb.
Xatırladaq ki, ulduzlar 2001-ci ildə tanış olmuşdular. Sonra aralarında uzun müddət sirr kimi qalan bir münasibət başlayıb. Yalnız 2011-ci ildə Qalkin və Puqaçova evlənib. Bir neçə il sonra övladları dünyaya gəlib: əkizlər Lisa və Harri.
Alla Borisovnaya görə, Maksimlə münasibətlərində onun üçün ən vacib şey dinclikdir.
"Yadımdadır, evlənməyə qərar verdiyimiz zaman birbaşa Maksdan onunla qocalacağımı soruşdum. Həmin vaxt onun ciddi gözlərini görməliydiniz. "Bəli, əlbəttə. Heç bir şeydən qorxma" cavabını verdi. Və mən razılaşdım". Primadonna Oleq Menşikovun YouTube kanalına verdiyi reportajda belə deyib.
Əlbəttə ki, hərdən ər-arvadın münasibətlərində fikir ayrılıqlarına dair söz-söhbətlər dolaşır. Bununla birlikdə, Puqaçova və Qalkin bir-birləri üçün həqiqətən yaradıldıqlarını dönə-dönə sübut edirlər.