Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin iki azərbaycanlını mükafatlandırdı

Putin iki azərbaycanlını mükafatlandırdı

Tarix: 16 May 2021 21:58

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın iki mədəniyyət xadimini mükafatlandırıb.

Sonxeber.net xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin Fərmanı ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev "Puşkin" medalı ilə, teatrın baş rejissoru Aleksandr Şarovski "Dostluq" ordeni ilə təltif edilib.

Sənəddə qeyd edildiyi kimi, Azərbaycan mədəniyyət xadimləri Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə və Azərbaycanda rus teatr sənəti ənənələrinin qorunub saxlanılmasına verdiyi böyük töhfələrə görə mükafatlandırılıb.


Etiketlər:  Putin azərbaycanlını mükafatlandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ