Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2021 19:10
Meyxana ustadı Kərim Novruzov ( Ağakərim) uzun müddətdir ki səhhəti ilə bağlı problem yaşayır. Dörd il əvvəl beyninə qan sızan meyxanaçının müalicəsi davam etdirilir. Zaman-zaman vəziyyətinin yaxşı olmadığı söylənilir.
Söz ustadının son durumunu öyrənmək üçün onun yaxın dostu, həmkarı Ağamirzə Məmmədovla əlaqə saxlanılıb.
Milli. Az xəbər verir ki, o "sherg.az"a Ağakərimin səhhəti haqda bunları dedi:
"Sakitləşdirici dərmanlar vururlar. Hələ ki yatır. Səlist danışa bilmir. Ümid Allaha qalıb".