Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yüksək təzyiq xəstəliyinin növləri və səbəbləri - Fərqli müalicə metodu

Yüksək təzyiq xəstəliyinin növləri və səbəbləri - Fərqli müalicə metodu

Tarix: 17 May 2021 23:03

Hipertoniya xəstəliyi arterial təzyiqin normadan yuxarı olmasıdır. Təzyiq hər kəsdə fərqli rəqəmlər göstərə bilər.Ancaq normada 140/90 mmHg aşağı olmalıdır.

Sonxeber.net bildirir ki, arterial təzyiq xəstəliyi 2 formada olur - birincili və ikincili.

- Birincili hipertoniyada adətən təzyiqin yüksəlməsinə səbəb olan konkret bir faktor aşkar olunmur.
90% hallarda 1-cili hipertoniya müşahidə olunur.Bu zaman təzyiq zaman keçdikcə artır.
- İkincili hipertoniya zamanı adətən təzyiq qəflətən yüksəlir və çox yüksək rəqəmlər müşahidə olunur.

Səbəbləri

- Böyrək xəstəlikləri və böyrək üstü vəz xəstəlikləri,
- Qan damarlarının anadan gəlmə qüsurları,
- Qalxanabənzər vəz xəstəlikləri,
- Müxtəlif dərmanların qəbulu (kontrseptiv dərmanlar,qeyri steroid iltihab əleyhinə dərmanlar və.s).

Əlamətləri

- Baş ağrı - xüsusən ənsə nahiyyəsində,
- Baş gicəllənmə və ürək bulanma,
- Qulaqlarda küy və.s kimi əlamətlər müşahidə oluna bilər.

Təzyiqin yüksəlməsinə şərait yaradan müxtəlif risk faktorları var:

- Şəkərli diabet,
- Hərəkətsizlik və az çəki
- Siqaret istifadəsi,
- Düzgün olmayan qidalanma və duzlu qidaların çox istifadə olunması və s. /medicina.az


Etiketlər:  Yüksək təzyiq xəstəliyinin növləri səbəbləri Fərqli müalicə metodu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ