Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Dmanisidəki hadisə iki dost ölkəni üz-üzə qoymayacaq"

Tarix: 18 May 2021 10:14

"Gürcüstanın Dmanisi rayonunda baş verən bu insident bizi çox məyus etdi".

Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Dmanisidəki son hadisələr iki ölkə arasındakı münasibətləri korlaya bilməyəcək:

"Gürcüstan və Azərbaycan Şərqi Avropa sayılır. XXI əsrdə belə bir hadisənin baş verməsi heç anlaşılan deyil. Əlbəttə, bu məsələdə maraqlı olan qüvvələr var. Bu qüvvələr bir neçə xəttə bölünür. Bunda maraqlı olan birinci xarici qüvvələr var, hansı ki, Gürcüstanla Azərbaycanın münasibətlərinin kəskinləşməsində maraqlıdır. İkincisi isə Gürcüstanın öz daxilində etnik qarşıdurmada maraqlı olan qüvvələr var. Bu qüvvələr Gürcüstanın etnik problemlərinin artmasını istəyir. Həmin qüvvələr eyni vaxtda iki hədəfə "xidmət" etmiş olurlar, həm Gürcüstan Azərbaycan əlaqələrini vururlar, Azərbaycanın qərbə çıxış qapısını bağlayırlar, Gürcüstanın tranzit ölkə kimi əhəmiyyətini öldürürlər. Digər tərəfdən isə etnik parçalanma yaradaraq Gürcüstanı özlərindən tam asılı vəziyyətə keçirirlər. 

Düşünürəm ki, Dmanisidəki hadisə iki ölkə arasındakı münasibətləri korlaya bilməyəcək, iki dost, qardaş ölkəni üz-üzə qoymayacaq. Nəzərə alsaq ki, ən son bu yaxınlarda Gürcüstan baş naziri Azərbaycana səfər etmişdi. Amma bunu unutmaq olmaz ki, bu cür məsələlər uzun müddət davam edə bilməz. Artıq neçə illərdir davam edir və insanların səbr kasası daşır. İnsanlar bu cür irqçi münasibətə tolerant ola bilmirlər. Ona görə də bu məsələ ədalətli şəkildə həll olunmalıdır".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Dmanisidəki hadisə iki dost ölkəni üz üzə qoymayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ