Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada hansı avtomobil modelləri daha çox satılıb?

Dünyada hansı avtomobil modelləri daha çox satılıb?

Tarix: 18 May 2021 20:52

Dünyada ən çox alınan avtomobil markaları Yaponiyanın "Toyota" şirkətinə məxsusdur.

Milli.Az ted.az-a istinadən bildirir ki, ABŞ-ın "Automotive Touch Up" şirkətin hazırladığı və 110 ölkəni əhatə edən bu barədə araşdırması haqında report məlumat verib.

Sənədə əsasən, ötən il 44 ölkədə "Toyota"ya üstünlük verilib. Siyahıda növbəti yerlərdə Almaniyanın "Volkswagen" (17 ölkə), Fransanın "Renault", Cənubi Koreyanın "Hyundai" (hər biri 5 ölkə), ABŞ-ın "Chevrolet" (4 ölkə) şirkətlərə qərarlaşıb.

Maraqlıdırı ki, "Toyota"nın fəaliyyət göstərdiyi Asiya regionunda bu markaya üstünlük verilsə də, qitənin ən böyük ölkəsi Çində "Volkswagen" ən populyar avtomobil markası seçilib.

Araşdırma Afrika ölkələrinin əksəriyyətini əhatə etməsə də, Cənubi Afrikada "Toyota"ya, Şimali Amerikada "General Motors" və "Ford"a, Cənubi Amerikada "Chevrolet", "Renault", "Toyota" və "Volkswagen"ə, Avropada isə daha çox yerli markalara üstünlük verildiyi məlum olub.

Qlobal miqyasda ən çox istifadə olunan avtomobil modelləri isə "Toyota Hilux" (14 ölkə), "Toyota Corolla", "Toyota Land Cruiser" və "Skoda Octavia" (hər biri 6 ölkə), həmçinin "Toyota RAV4" və "Renualt Clio" (5 ölkə) olub.

Milli.Az


Etiketlər:  Dünyada hansı avtomobil modelləri daha çox satılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ