Tarix: 2 Avqust 2019 11:52
Avrokuboklarda pley-off mərhələsinin püşkünün vaxtı açıqlanıb.
Qol.az xəbər verir ki, avqustun 5-də İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. İlk olaraq Çempionlar Liqasının püşkü atılacaq ki, bununla da təmsilçimiz "Qarabağ"ın pley-offdakı potensial rəqibi məlum olacaq.
Avropa Liqasının püşkatması isə saat 15:00-da başlayacaq. Bu püşklə "Neftçi"nin potensial rəqibi bəlli olacaq.
Qeyd edək ki, "Qarabağ" pley-offa çıxmaq üçün 3-cü mərhələdə Kiprin APOEL klubunu, "Neftçi" isə İsrail təmsilçisi "Bney Yehuda"nı mübarizədən kənarlaşdırmalıdır.