Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Açıq havada toy mərasimləri ilə bağlı açıqlama - Hazırlıqlar başladı

Açıq havada toy mərasimləri ilə bağlı açıqlama -  Hazırlıqlar başladı

Tarix: 19 May 2021 11:02

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi məhdudiyyətlərlə əlaqədar 2020-ci il 15 mart tarixindən etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlər keçirilməsinə qadağa qoyulub.

Artıq bir ildən çoxdur ki, toy mərasimləri keçirilmir. Lakin son ayda ölkə əhalisinin sürətli şəkildə vaksinasiya olunması, eləcə də yoluxma statistikasındakı azalma Azərbaycanda toyların keçirilməsilə bağlı qərarın dəyişdirilməsinə ümidi artırır.

Bir çox gənclər, nişanlı cütlüklər toyların keçirilməsilə bağlı qərarın verilməsini gözləsələr də, digərləri pandemiyanın bitməsini gözləmədən artıq ailə arasında nikah mərasimi keçirirlər. Toyların keçirilməsi ilə bağlı tətbiq olunan qadağanın müəyyən şərtlərlə götürülməsi təklif olunur ki, bir çoxları bu təklifi dəstəkləyir.

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov cebhe.info-ya bildirib ki, açıq havada toy mərasimləri keçirilməsi ilə bağlı qərar verilə bilər:

"Yay mövsümünə girdiyimiz zaman açıq havada bəlli insan sayı məhdudiyyəti qoyulmaqla, eləcə də daha əvvəlki illərdə əslində mənfi olaraq qiymətləndirdiyimiz böyük şadlıq evlərinin olmasının bu dönəmdə gətirə biləcəyi avantajlardan faydalana bilərik. Bunlar da 500-600 nəfər tutumu olan şadlıq evlərində onun ortalama 41 həcmində, 100-150 nəfərlik insanlarla epidemiolojik vəziyyətə uyğun məsafənin saxlanılması və bir çox amili nəzərə alaraq, toy mərasimlərinin keçirilməsilə əlaqədar qərarlar da verilə bilər".

Bəzi məlumatlara görə, ilk olaraq açıq hava məkanı olan şadlıq saraylarında toylara icazə veriləcək.


Etiketlər:  Açıq havada mərasimləri ilə bağlı açıqlama Hazırlıqlar başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ