Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağ beynəlxalq sərgidə - VİDEO

Qarabağ beynəlxalq sərgidə - VİDEO

Tarix: 19 May 2021 13:20

Qarabağın turizm potensialı böyük marağa səbəb olub

Milli.Az Real TV-ə istinadən bildirir ki, Qarabağın turizm potensialı Dubayda keçirilən beynəlxalq turizm sərgisində tanıdılıb.

Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun pandemiya dövrü ərzində ilk dəfə canlı iştirak etdiyi sərgidə Qarabağın turizm imkanları böyük maraqla qarşılanıb.

Turizm destinasiyası kimi Qarabağın diqqət cəlb etdiyini bildirən iştirakçılar sərhədlər açıldıqdan sonra Azərbaycana, xüsusilə Qarabağ bölgəsinə səfər etməyi planlaşdırdıqlarını bildiriblər.

Qeyd edək ki, mayın 19-adək davam edəcək sərgiyə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 39 minə yaxın ziyarətçi, 2500-dən çox sərgi iştirakçısı qatılıb.

Milli.Az


Etiketlər:  Qarabağ beynəlxalq sərgidə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ