Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük qayıdışın xoş sədası - VİDEO

Böyük qayıdışın xoş sədası - VİDEO

Tarix: 19 May 2021 13:46

Azad edilən kəndlərdə həyatın bərpası Azərbaycanı zəngin edəcək

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, iyirmi doqquz il bundan qabaq - 1992-ci il mayın 18-də Ermənistan ordusunun Laçın rayonunun işğal etməsi ilə Azərbaycanın torpaq fondu 12 min 102 hektar əkin sahəsini itirdi. Dağlıq ərazisinə görə Laçın heyvandarlıq rayonu olsa da bu, həmin dövr ölkə üzrə əkin sahələrinin 1 faizindən çoxu idi.

Rayonda əsasən taxıl əkilirdi və bu torpaqların 2020-ci il 10 noyabr Bəyanatı ilə Azərbaycana qaytarılması ölkənin taxılla təmini baxımından çox önəmlidir. Təsadüfi deyil ki, əhali artıqca Azərbaycanın taxıla olan ehtiyacını təmin etmək üçün xərclədiyi valyuta da artır. Burada dünya bazarında ərzaq buğdasının qiymətinin artmasının da rolu var.

Məsələn, bu ilin yanvar-aprel aylarında Azərbaycana 365,35 min ton buğda idxal edilib və buna 93 milyon ABŞ dolları sərf edilib, yəni buğdanın tonuna 255 dollar sərf edilib. Bu, ötən ilin eyni aylarında idxal olunan 279 min ton buğda üçün sərf olunan 60,8 milyon dollardan 32,1 milyon dolar və ya 52,8 faiz çoxdur. Yəni keçən il Azərbaycan buğdanın tonunu 217 dollardan idxal edib. Yəni həm qiymət, həm də istehlak edilən məbləğ artıb.

Ümumiyyətlə, 2020-ci ildə Azərbaycana 1,4 milyon tona yaxın buğda idxal edilib ki, bu həcmin bir hissəsini işğalcan azad olunmuş regionların hesabına təmin etmək mmkündür. Erməni mətubatı yazır ki, Azərbaycanın azad etdiyi ərazilərdə işğalçılar primitiv üsullarla ildə 150 min tona yaxın taxıl becərərək Ermənistana aparıblar

Azərbaycanın "Ağallı kənd" layhiəsi çərçivəsində 3-4 dəfə yüksək məhsul götürdüyü, həmçinin seperatçıların çox az ərazini minalardan təmizləyərək əkin-biçin apardıqları nəzərə alınarsa, işğaldan azad edilmiş ərazilərdə daha çox məhsul becərməyin mümkünlüyü aydın olur.

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi nəticəsində Qubadlı rayonunda yerləşən 18 min hektar, Zəngilan rayonunda yerləşən 33 min hektar və Cəbrayıl rayonunda yerləşən 59 min hektar əkinə yararlı sahə Azərbaycanın nəzarətinə qaytarılıb. Kəlbəcərin, Ağdamın və Fizulinin də işğaldan azad olunan ərazilərindəki əkin sahələrini nəzərə aldıqda, işğal altında olan 120 min hektar əkin sahəsinin yenidən Azərbaycanın nəzarətinə qayıtdığını görmək olur.

"Ağıllı kənd" texnologiyası tətbiq etdikdə bu, təxminən 800 min tona yaxın taxıl deməkdir. Bu, idxal taxılın təxminən 60 faizini əvəzləməklə yanaşı, indiki qiymətlərlə ölkənin 200 milyon dollar valyutaya qənaət etməsi ilə yanaşı, işğaldan azad edilən yüzlərlə kəndin həyatının bərpası deməkdir. Bu isə ölkə ümumi daxili məhsuluna təkcə taxıla görə yaranacaq 340 milyon manatlıq dəyərin əlavəsi ilə qalmayacaq, manipulyativ effekt verərək, digər kənd təsərrüfatı məhsullarının hesabına təxminən milyard manatlıq əlavə milli gəlir yaranacaq. Bu gəliri əldə etməyimiz üçünsə Böyük qayıdış tezləşməlidir.


Etiketlər:  Böyük qayıdışın xoş sədası VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ