Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2021 15:06
ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosi dünya liderlərini Pekindəki "2022 Qış Olimpiya Oyunları"na getməkdən imtina etməyə çağırıb. O, siyasi boykota çağırışını Çinin insan haqqları pozuntularına yol verməsi ilə əsaslandırıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Əgər davam edən soyqırımı şəraitində yerlərinizdə otursanız (Pekində, Oyunlar zamanı), belə bir sual ortaya çıxır: Çin hökuməti soyqırımı etdiyi vaxtda dünyanın hər yerində insan hüquqları barədə danışmaq üçün hansı mənəvi haqqınız var?" - deyə amerikalı qanunverici dünya liderlərinə müraciət edib.
Olimpiadaların maliyyə sponsorlarını tənqid edən Pelosi "kommersiya səbəblərindən Çində insan haqqlarının pozulmasına qarşı çıxmasaq, harada olmasından asılı olmayaraq insan haqqlarını müdafiə etmək üçün bütün mənəvi hüquqlarımızı itirəcəyik" deyə əlavə edib.
Bununla belə Nümayəndələr Palatasının sədri vurğulayıb ki, idmançılar oyunlarda iştirak edə bilməlidirlər.