Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişmişin faydaları

Kişmişin faydaları

Tarix: 20 May 2021 07:54

Kişmiş qurudulmuş üzümddən əldə edilən quru meyvədir. Kişmişin hazırlandığı üzümün növündən asılı olaraq müxtəlif növləri var. O uzun, yumru, qara, açıq qəhvəyi, tünd qəhvəyi, tünd göy, tumlu və tumsuz ola bilir. Araşdırmalar qara və tünd göy rəngdə olan üzümün orqanizm üçün daha faydalı olduğunu sübut edib. Kişmiş şirin quru meyvələrdən sayılır. Onun tərkibində olan şəkər fruktoza və qlükoza şəklində olur. Kişmişin tərkibi karbohidratlarla zəngindir və o qanda insulinin miqdarının artmasına səbəb olmur.
100 qram kişmişin tərkibində olanlar:
- Zülallar - 2,9 qr
- Yağlar - 0,65 qr
- Karbohidratlar - 67 qr
- Su - 15,4 qr
- Kalori - 264-279 kKal.
Kişmişin tərkibi kaliumla çox zəngindir. 100 qram üzümdə 860 mq kalium var. Onun tərkibi fosfor, natrium, kalsium, dəmir, maqnium, B1, B2, B5 və PP vitaminləri ilə zəngindir. Kişmişin tərkibində olan niasin və nikotin turşusu maddələr mübadiləsinin yaxşılaşmasına, fermentlərin miqdarının normallaşmasına səbəb olur ki, bu da züllalların mübadiləsini yaxşılaşdırır, əsəb sistemini sakitləşdirir. Kişmiş yemək mərkəzi sinir sisteminin möhkəmlənməsinə səbəb olur, sinir impulslarının normal ötürülməsini təmin edir. Kişmişin tərkibində olan kalium qanda turşu və zülalın miqdarını normallaşdırır, ürək əzələsinin işini qaydaya salır, ürəyi. böyrəyi möhkəmləndirir, dərinin qidalanmasına səbəb olur. Kişmişin tərkibində olan B1, B2, B5, B6 vitaminlərinin qarışımı sinir sistemini sakitləşdirir və yuxunun normallaşmasına səbəb olur. Kişmiş orqanizmdən zərərli maddələrin xaric olunmasını sürətləndirir, şişkinliyi aradan qaldırır, atrıq mayeni xaric edir.
Mütəxıəssislər ürək-damar xəstəliklərindən və şəkərli diabetdən əziyyət çəkənlərə mütəmadi olaraq kişmiş yeməyi məsləhət bilir. Vegetativ damar distoniyasından əziyyət çəkən xəstələrin hər gün kişmiş yemələrində fayda var. Kişmiş yemək ağciyərlərin, ürəyin, sinir sisteminin möhkəmlənməsinə səbəb olur. Əsəbi gərginliklər zamanı kişmişi suda saxlamaq, sonra həmin suyu içmək və kişmişləri yemək orqanizmin sakitləşməsinə səbəb olur. Qurudulmuş üzümdən qədim zamnlarda da geniş istifadə edilib. Qədimdə soğan suyu və kişmişin qarışımından soyuqlama və öskürək zamanı istifadə edilib. 30 qram kişmişi 45 dəqiqə soyuq süddə saxlayıb yatmazdan öncə içmək yuxunun normallşamasına səbəb olur. Kişmişi isti süddə saxlayıb içmək isə bronxit əlamətlərininn azalmasına səbəb olur. Kişmişin tərkibindəkilər bronxitin, pnevmoniyanın sağalmasını sürətləndirir.
Üzümdən kulinariyada və konditer məhsullarının hazırlanmasına geniş istifadə edilir.
Kişmişin zərərli xüsusiyyətləri
Kişmişdən istifadə etməzdən əvvəl onu yaxşıca yumaq lazımdır. Onu hətta sənaye üsulları ilə qurutduqda üstünə zərərli maddələri toplaya bilir. Nəmişlikdə saxlanılan kişmiş orqanizm üçün zərərli ola bilir. Şəkərli diabet xəstələrinə çoxlu miqdarda kişmiş yemək məsləhət görülmür. Açıq formalı vərəm xəstələrinə kişmiş yemək məsləhət görülmür. Allergiyalıı xəstələr kişmiş yeyərkən diqqətli olmalıdırlar.


Etiketlər:  Kişmişin faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ